EN

MADO Gəncə 1 yaşında FOTOLAR

Unikal.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

MADO restoranlar şəbəkəsinin Gəncə şəhərində fəaliyyət göstərən filialı 3 mart tarixində 1 yaşını qeyd edib. Qısa müddət ərzində şəhər sakinlərinin və qonaqların sevimli məkanına çevrilən MADO Gəncə bu əlamətdar hadisəni xüsusi ab-hava ilə qarşılayır.

"Unikal" xəbər verir ki, bir il ərzində MADO Gəncə zəngin menyusu, yüksək xidmət keyfiyyəti və komfortlu ailə atmosferi ilə seçilərək şəhərin ictimai və sosial həyatında özünəməxsus yer tutub. Azərbaycan, Türk və dünya mətbəxinin seçilən ləzzətləri, məşhur MADO desertləri və isti içkilər qonaqların daim üstünlük verdiyi seçimlər sırasında olub.

Ad günü münasibətilə MADO Gəncə qonaqları üçün xüsusi sürprizlər və xoş anlar vəd edir. Bu bir il ərzində göstərilən etimada görə bütün müştərilərə təşəkkür edilir və gələcəkdə də eyni keyfiyyət və xidmət səviyyəsinin qorunacağı bildirilir.

Ləzzətlə görüşün.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
45
unikal.az

1Sources