EN

ABŞ İranla müharibədə ciddi çətinlik yaşayır Türkiyəli ekspert

Redaktor.az saytından alınan məlumata görə, ain.az bildirir.

Türkiyəli ekspert ABŞ-nin eyni vaxtda iki böyük münaqişəni idarə etməkdə çətinlik çəkdiyini bildirib.

Redaktor.az xəbər verir ki, bu barədə Türkiyənin aparıcı təhlükəsizlik mütəxəssislərindən biri Abdullah Ağar TASS-a açıqlamasında deyib.

Onun sözlərinə görə, ABŞ həm Ukrayna münaqişəsi, həm də İranla müharibə ilə eyni vaxtda tam şəkildə məşğul olmaqda ciddi çətinlik yaşayır.

“ABŞ-nin bunu etmək imkanları olsa da, onların həm İranla münaqişəyə, həm də Ukraynadakı vəziyyətə eyni vaxtda tam şəkildə cəlb olunması çox çətindir. Müharibədə qüvvələri müəyyən bir istiqamətə yönəltmək vacibdir”, – deyə ekspert qeyd edib.

Ağar bildirib ki, hazırda Ukraynadakı müharibənin əsas yükü Avropa ölkələrinin üzərinə düşür. Onun fikrincə, ABŞ bu fonda qüvvələrini azad edərək İranla problemi daha asan həll edəcəyini düşünsə də, reallıqda İran güclü zərbələrə davam gətirə bilir.

Ekspert əlavə edib ki, istənilən münaqişədə effektiv iştirak üçün silah təchizatı vacibdir və Yaxın Şərqdə artan ehtiyac fonunda ABŞ-nin Ukraynaya hərbi yardımı ikinci plana keçir.

Onun sözlərinə görə, bir müddət əvvəl Ukraynanın artilleriya sursatı problemi ABŞ-nin İsraildə yerləşən anbarlarından göndərilən 79 min mərmi ilə həll olunmuşdu. Lakin Yaxın Şərqdə hərbi əməliyyatlar başlayandan sonra həmin silahlar yenidən İsrailə qaytarılıb.

Ağar vurğulayıb ki, hazırda İranla müharibə ABŞ üçün, xüsusilə silah və sursat baxımından prioritet istiqamətə çevrilib.

Aminə ŞAHSUVARQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
12
3
redaktor.az

4Sources