sport24.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
"İmişli" klubunun növbəti mövsüm ev oyunlarını keçirəcəyi stadion müəyyənləşib. Sport24.az-ın məlumatına görə, aran təmsilçisi rəqiblərini artıq Qubada qəbul etməyəcək. Komanda Misli Premyer Liqadakı mövqeyini qoruya və çempionatda qalsa, Ağsu şəhər stadionuna köçəcək.Qeyd edək ki, "İmişli" hazırda 22 xalla 9-cu pillədə qərarlaşıb. Debütant 1-ci və 2-ci turda rəqiblərini Şamaxı şəhər stadionunda qəbul edib, 4-cü turdan sonra isə Quba Olimpiya İdman Kompleksinə keçib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.