EN

İtaliyanın vitse-çempionu bunu sona 6 tur qalmış bacardı

İtaliyanın "Viçentsa" klubu B Seriyasına qayıdıb. 

Fanat.Az xəbər verir ki, Fabio Qallonun rəhbərlik etdiyi komanda C Seriyasında mövsümün sonuna altı tur qalmış yuxarı liqaya yüksəlməyi təmin edib. 

"Vicentsa" İtaliyanın üçüncü ən güclü liqasında "İnter Milan"ın gənclər komandasını məğlub etdikdən sonra "Union Breşia" üzərində üstünlüyünü 20 xala çatdı.  Beləliklə, 1978-ci ildə İtaliya ikincisi olan komanda B Seriyasına vəsiqəni təmin edib.

"Viçentsa" sonuncu dəfə 2001-ci ildə A Seriyasında çıxıb. 

Chosen
30
fanat.az

1Sources