EN

Trampdan növbəti qalmaqal: "Kubanı ələ keçirmək şərəfi mənə nəsib olacaq"

Oval Ofisdə Prezident fərmanını imzaladığı mərasim zamanı jurnalistlərin suallarını cavablandıran ABŞ Prezidenti Donald Tramp Kuba haqqında qalmaqallı açıqlamalar verib. 

"Cebheinfo.az" xəbər verir ki, Kubanın son vaxtlar çox zəiflədiyini deyən Tramp "Kubanı ələ keçirmək şərəfinə nail olacağını" söyləyib. Tramp şəkər sektorunun nəhənglərindən olan, Florida mərkəzli Fanjul ailəsinin bir üzvü ilə görüşdüyünü bildirərək Kuba haqqında bu ifadələri işlədib: 

“Bir müddət əvvəl möhtəşəm biri ilə görüşdüm, kubalıdır. Şəkərdən gələn bir sərvətə sahibdirlər, Fanjul ailəsini tanıyırsınız, elə deyilmi? Bu ailə Kubaya yenidən getmək, oranı ziyarət etmək istəyir. 

50 ildir getməyiblər. Kökləri böyük ölçüdə Kubaya dayanır. Təkcə Fanjul ailəsi deyil, bir çoxları Kubaya getməyi çox istədiklərini mənə deyirlər. 

Düşünürəm ki, turizm baxımından, məsələn, Kuba gözəl bir adadır. Möhtəşəm havası var. Qasırğa bölgəsində də deyil, hər həftə qasırğalar görə pul da istəməyəcəklər. Bütün həyatım boyu Kuba haqqında danışıldığını eşitmişəm: ABŞ Kubanı nə vaxt alacaq? Kubanı ələ keçirmək şərəfinə nail olacağam. 

İstər azad edim, istər alım. Doğrusunu demək gərəkdirsə, onunla istədiyim hər şeyi edə biləcəyimi düşünürəm. Son vaxtlar çox zəifləyiblər. 

Çox zorakı liderləri olub. Kastro çox zorakı idi, təzyiqçi idi. Qardaşı da həmçinin. Həddindən artıq zalım. Onların rəhbərliyi belə idi”. 

Chosen
28
cebheinfo.az

1Sources