EN

İslamdaut Akubayev: "Martda Qazaxıstanın BTC ilə neft ixracı 138 min ton təşkil edəcək"

Qazaxıstan 2026-cı ilin mart ayında Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə neft ixracının 138 min ton səviyyəsində olacağını planlaşdırır.

"Far.Az" "İnterfaks-Qazaxıstan"a istinadən xəbər verir ki, bunu "KazTransOil" SC-nin nəqletmə departamentinin direktoru İslamdaut Akubayev bildirib.

Qeyd edək ki, bu ilin fevralında Qazaxıstan BTC ilə dünya bazarlarına 115 min ton neft göndərib. Beləliklə, bu marşrut üzrə martda ixrac 20 % artacaq.

Məlumata görə, yanvar ayında Qazaxıstanın BTC ilə ixracı 106 min ton təşkil edib. Bununla da, 2026-cı ilin I rübündə Qazaxıstanın BTC ilə ümumi neft ixracı 359 min ton təşkil edəcək.

Xatırladaq ki, Qazaxıstan 2026-cı ildə dünya bazarlarına BTC boru kəməri vasitəsilə 1,5 milyon tondan 2,2 milyon tona qədər həcmdə neft ixrac etməyi planlaşdırır.

2025-ci ildə Qazaxıstan BTC neft kəməri ilə 1,2 milyon ton neft ixrac edib.

Chosen
62
far.az

1Sources