EN

Boşanmaların sayının sürətlə artması çevik qərarların qəbul edilməsini zəruri edir

ain.az, Redaktor.az portalına istinadən məlumat yayır.

"Reallıqdır ki, artıq qloballaşma dünyamızını həyat tərzinə çevrilib. Bu gün ölkəmiz ciddi çağırışlarla üz-üzədir. Hələ sovet dövründə ulu öndər Heydər Əliyev bu reallığı bildiyi üçün sovet dövrünün hələ ən güclü dövründə milli-məni dəyərlərimizin qorunması üçün ciddi addımlar atdı".

Redaktor.az xəbər verir ki, bu fikirləri Milli Məclisin plenar iclasında deputat Ceyhun Məmmədov səsləndirdi.

O əlavə etdi ki, Konstitusiyada ana dilinin təsbit olunması, milli bayramların keçirilməsi üçün real addımlar atması bu günə hesablanmış addımlar idi:

"Ulu öndər Heydər Əliyevdən sonra Prezident İlham Əliyev bu siyasəti uğurla davam etdirdi. Prezident İlham Əliyevin siyasətində milli-mənəvi dəyərlərin qorunması prioritet istiqamətlərdən birini təşkil etdi. Bu baxımdan Bakı Dövlət Universitetinin 100 illik yubileyi tədbirində çıxışında Prezident İlham Əliyevin söylədiyi fikirlər xüsusi əhəmiyyət daşıyır. Əslində bu gün dünyada gedən müharibələr beyinlərin və düşüncələrin müharibəsidir. Qarabağda əldə etdiyimiz zəfəri həzm etməyənlər bizi indi mənəvi baxımdan çökdürməyə çalışırlar.

Bu gün heç zaman olmadığı qədər milli-mənəvi dəyərlərimiz, ailə institutumuz ciddi təhdidlərlə üz-üzədir. Burada sosial medianın da rolu böyükdür və məsələnin ən çətin tərəfi də sosial medianın ənənəvi medianı üstələməsi və proseslərin tənzimlənməsinin çətinləşməsidir. Bu baxımdan son vaxtlar qanunvericilikdə milli-mənəvi dəyərlərə yönəlmiş təhdidlərin qarşısının alınması üçün dəyişikliklər edilməsi çox təqdirəlayiqdir. Ancaq boşanmaların sayının sürətlə artması, əhalinin sayında azalmanın baş verməsi, mənəvi tənəzzül bizdən daha çevik qərarların qəbul edilməsini və addımların atılmasını zəruri edir".

Nuriyyə NATİQQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
17
3
redaktor.az

10Sources