Ermənistan Oman Sultanlığında səfirlik açır. Bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ani Badalyan "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.
A.Badalyanın sözlərinə görə, martın 17-19-da XİN rəhbəri Ararat Mirzoyan Sultanlığa səfər edəcək.
Səfər çərçivəsində nazir omanlı həmkarı Səid Bədr ibn Həməd ibn Həmud Əl-Busaidi ilə görüşəcək.
"Omanın paytaxtı Maskatda Ermənistanın səfirliyinin rəsmi açılışı olacaq. Həmçinin, ərəb ölkələrində akkreditə olunmuş səfirlərin toplantısının keçirilməsi planlaşdırılır", - A.Badalyan qeyd edib.