EN

Regionda ilk: UNEC məzunlarına “Qeyri-akademik transkript” veriləcək

Bakı. Trend:

UNEC ali təhsil sistemində və məzunların əmək bazarınainteqrasiyasında mühüm yeniliyə imza atıb.

Universitetdə üç ildən artıq müddətdə üzərində çalışılan“Qeyri-akademik transkript” layihəsi uğurla tamamlanıb və butəşəbbüs ölkəmizdə, eyni zamanda regionda ilk dəfə tətbiqediləcək.

Məlumdur ki, dünyanın aparıcı universitetlərində məzunlaraəsasən onların ixtisas biliklərini əks etdirən akademiktranskriptlər təqdim olunur. Lakin müasir əmək bazarının tələblərigöstərir ki, yalnız nəzəri biliklər kifayət etmir. İşəgötürənlərnamizədlərin fərdi bacarıqlarını – liderlik, ünsiyyət, komanda iləişləmə və problem həlletmə kimi “soft skills”lərini dəqiymətləndirməyə üstünlük verirlər.

Məhz bu ehtiyacdan çıxış edərək UNEC tərəfindən hazırlanmış“Qeyri-akademik transkript” məzunların universitet həyatı boyuncaqazandıqları qeyri-akademik bacarıqları rəsmi şəkildətəsdiqləyəcək. Aprel ayında layihənin test mərhələsinə, may ayındanisə qeyri-akademik transkriptin əldə olunması üçün rəsmiimtahanlara start veriləcək.

Qiymətləndirmə prosesi 10 əsas meyar üzrə aparılacaq. Bumeyarlara liderlik, komanda ilə işləmə, analitik düşünmə, problemhəlletmə, kreativlik, sosial məsuliyyət və digər mühümkompetensiyalar daxildir. İmtahan nəticəsində tələbələrin fərdibacarıqları obyektiv meyarlarla ölçüləcək və rəsmi sənəd şəklindətəsdiqlənəcək. Bu sənəd iş dünyasında namizədlərin potensialınıdaha obyektiv qiymətləndirməyə imkan verəcək və UNEC məzunlarınınrəqabət qabiliyyətini əhəmiyyətli dərəcədə artıracaq.

Chosen
22
6
az.trend.az

7Sources