EN

Deputat: “Ailə institutumuz ciddi təhdidlərlə üz-üzədir”

"Bu gün dünyamız növbəti iqtisadi böhrandan danışarkən əslində ciddi mənəviyyat böhranı yaşayır. Vaxtilə belə nəzəriyyələr var idi ki, bəşəriyyət o qədər inkişaf edəcək ki, dinlərə ehtiyac qalmayacaq. Əslində isə gözlənilən o idi ki, bəşəriyyət bu qədər inkişafla mənəvi kamilliyə də nail olmalı idi. Ancaq təəssüf ki, belə olmadı, bəşəriyyət mənəvi çöküş yaşadı”.

“Cebheinfo.az” xəbər verir ki, bunu parlamentin bugünkü plenar iclasında deputat Ceyhun Məmmədov deyib.

Deputat bildirib ki, illər öncə dünyamız qloballaşmadan daha çox bəhs edirdi:

“Bu da reallıqdır ki, artıq qloballaşma dünyamızını həyat tərzinə çevrilib. Bu gün ölkəmiz ciddi çağırışlarla üz-üzədir. Hələ Sovet dövründə Ulu Öndər Heydər Əliyev bu reallığı bildiyi üçün Sovet dövrünün hələ ən güclü dövründə milli-məni dəyərlərimizin qorunması üçün ciddi addımlar atdı. Konstitusiyada ana dilinin təsbit olunması, milli bayramların keçirilməsi üçün real addımlar atması bu günə hesablanmış addımlar idi.

Ulu Öndər Heydər Əliyevdən sonra Prezident İlham Əliyev bu siyasəti uğurla davam etdirdi. Prezident İlham Əliyevin siyasətində milli-mənəvi dəyərlərin qorunması prioritet istiqamətlərdən birini təşkil etdi. Bu baxımdan, Bakı Dövlət Universitetinin 100 illik yubileyi tədbirində çıxışında Prezident İlham Əliyevin söylədiyi fikirlər xüsusi əhəmiyyət daşıyır”.

C.Məmmədov qeyd edib ki, əslində bu gün dünyada gedən müharibələr beyinlərin və düşüncələrin müharibəsidir. Qarabağda əldə etdiyimiz zəfəri həzm etməyənlər bizi indi mənəvi baxımdan çökdürməyə çalışırlar:

“Bu gün heç zaman olmadığı qədər milli-mənəvi dəyərlərimiz, ailə institutumuz ciddi təhdidlərlə üz-üzədir. Burada sosial medianın da rolu böyükdür və məsələnin ən çətin tərəfi də sosial medianın ənənəvi medianı üstələməsi və proseslərin tənzimlənməsinin çətinləşməsidir. Bu baxımdan, son vaxtlar qanunvericilikdə milli-mənəvi dəyərlərə yönəlmiş təhdidlərin qarşısının alınması üçün dəyişikliklər edilməsi çox təqdirəlayiqdir.

Ancaq boşanmaların sayının sürətlə artması, əhalinin sayında azalmanın baş verməsi, mənəvi tənəzzül bizdən daha çevik qərarların qəbul edilməsini və addımların atılmasını zəruri edir. Bu mənada düşünürəm ki, qeyd olunan proseslər, bütün sahələrdə baş verən sürəti dəyişikliklər preventiv tədbirlərin daha da sürətləndirməsini zəruri edir. Əks halda getdikcə mənfi tendensiyaların qarşısını almaq daha çətin olacaq”.

Vilayət Muxtar

“Cebheinfo.az”

Chosen
21
6
cebheinfo.az

10Sources