“Məncə, Kubanı götürmək şərəfinə sahiblənəcəm. Bu, yaxşı olardı. Böyük şərəfdir. Mən onu azad edə və ya ələ keçirə bilərəm. Düşünürəm ki, Kuba ilə istədiyimi edə bilərəm”.
Busaat.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Kubaya nəzarət qurmaq planları ilə bağlı qalmaqallı açıqlama verib.
ABŞ lideri həmçinin müttəfiqlərinin İranla müharibəyə qoşulmaqdan imtina etməsinə etiraz edib.
Onun sözlərinə görə, Vaşinqton bir sıra ölkələrin təhlükəsizliyini təmin etdiyi halda, həmin dövlətlər hərbi dəstək göstərmək istəmirlər: “Yaponiyada 45 min, Cənubi Koreyada 45 min, Almaniyada isə 50 min hərbçimiz var. Biz bu ölkələrin hamısını qoruyuruq, sonra isə soruşuruq: “Sizdə mina təmizləyən gəmilər varmı?” Onlar isə cavab verirlər: “Bəlkə biz iştirak etməyək?”
Donald Tramp Çinə planlaşdırılan səfərinin təxirə salınmasına da aydınlıq gətirib. O, qeyd edib ki, İranla müharibə səbəbindən ABŞ-da qalmağı daha vacib hesab edir:
“Müharibəyə görə burada olmaq istəyirəm. Hiss edirəm ki, burada olmalıyam. Ona görə də səfəri təxminən bir ay təxirə salmağı xahiş etdik”.
Bu açıqlamalar beynəlxalq münasibətlərdə gərginliyin artdığı bir dövrdə verilib və Vaşinqtonun həm müttəfiqləri, həm də rəqibləri ilə münasibətlərinə necə təsir edəcəyi sual doğurur.//KONKRET.az