ain.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Xətai rayonu, Xocalı prospekti 29-da yerləşən çoxmərtəbəli yaşayış binalarından birində yanğın başlayıb.
“Qafqazinfo”nun məlumatına görə, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları cəlb olunub.
***
Hadisə ilə bağlı FHN-dən bildirilib ki, Bakı şəhəri, Xətai rayonu, Xocalı prospektində yerləşən yaşayış binasında yanğın baş verib.
Əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib.
Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.
Əlavə məlumat veriləcək.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.