EN

Dron uçuşları ilə bağlı süni panika yaratmaq cəhdlərinin qarşısı alınmalıdır Deputat

Olke.az saytına istinadən ain.az xəbər verir.

"44 günlük müharibə dövründə və ondan sonrakı mərhələlərdə əsas problemlərdən biri informasiya təhlükəsizliyi məsələsi idi. Həmin dövrdə bunun ayrı-ayrı epizodlarını müşahidə etdik və Azərbaycan dövlətinin hər bir vətəndaşının arxasında necə dayandığını gördük. Müxtəlif ölkələrdən vətəndaşlarımızın təhlükəsiz şəkildə, bəzən qeyri-adi şəraitdə ölkəyə gətirilməsi halları yaşandı. Hər bir vətəndaş öz arxasında dövlətini və Prezidentini hiss etdi, bu da qürur doğurdu".

Ölkə.az  xəbər verir ki, bunu parlamentin plenar iclasında deputat Siyavuş Novruzov deyib.

O bildirib ki, müasir dünyada isə informasiya müharibəsi artıq hər gün davam edən qarşıdurmanın ayrılmaz hissəsinə çevrilib:

"Müasir müharibə təkcə silahla aparılmır, eyni zamanda süni intellekt vasitəsilə yayılan informasiya və dezinformasiyalarla cəmiyyətlərdə panika yaradılır. Bu yolla bölgələrdə xaos, anarxiya və müxtəlif sosial gərginliklər formalaşdırmaq mümkündür. Belə halların nümunələrini uzağa getmədən qonşu ölkələrdə də görmək olar. Həmin ölkələrdə sabit və etibarlı cəmiyyətin formalaşması qarşısında ciddi maneələr mövcuddur. Hazırda regionda baş verən hadisələr də göstərir ki, informasiya müharibəsi daha da genişlənəcək və öz təsir sahəsini artıracaq. Bu səbəbdən informasiya təhlükəsizliyinin təmin edilməsi əsas prioritetlərdən biri olmalıdır. Hər kəs bu sahədə öz rolunu düzgün müəyyənləşdirməlidir. Məsələn, ölkənin bəzi ərazilərində dron uçuşları ilə bağlı süni panika yaratmaq cəhdlərinin qarşısını almaq üçün geniş maarifləndirmə işləri aparılmalıdır. Bu istiqamətdə Milli Məclisin deputatları, media nümayəndələri və ictimaiyyət fəalları cəmiyyəti mütəmadi olaraq məlumatlandırmalıdır. Eyni zamanda, xaricdən idarə olunan və Azərbaycana qarşı yönəlmiş dezinformasiyaların qarşısını almaq üçün effektiv informasiya mübarizəsi aparmaq vacibdir".

Mürtəza

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
22
6
olke.az

7Sources