EN

Samuxda bayramda ağac əkdilər FOTOLAR

ain.az bildirir, Modern.az portalına istinadən.

Samux rayonunda “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Torpaq çərşənbəsi münasibətilə növbəti ağacəkmə aksiyası keçirilib.

Modern.az xəbər verir ki, Samux rayonunun Ziyadlı kəndi ərazisində, Samux–Kür avtomobil yolunun kənarında keçirilən aksiya Samux Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə baş tutub.

Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev, hüquq mühafizə orqanlarının rəhbərləri, İcra Hakimiyyətinin əməkdaşları, idarə, müəssisə və təşkilatların nümayəndələri, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Aksiya çərçivəsində ümumilikdə 500 ədəd xan çinarı, Eldar şamı və digər ağac tingləri əkilib. Əkilən tinglərin normal inkişafını təmin etmək məqsədilə əraziyə damcılı suvarma sistemi çəkilərək ağaclar suvarılıb. Bununla yanaşı, ərazidə mövcud olan ağacların dibləri yumşaldılaraq onlara aqrotexniki qaydalara uyğun qulluq göstərilib.

Keçirilən ağacəkmə aksiyası rayon ərazisinin yaşıllaşdırılması ilə yanaşı, torpağa qayğının artırılması, ətraf mühitin qorunması və gələcək nəsillər üçün daha sağlam ekoloji mühitin formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.

Qeyd edək ki, “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Samux rayonunda yaşıllaşdırma və abadlıq tədbirləri il boyu davam etdiriləcəkdir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
38
3
modern.az

5Sources