EN

Milli Məclisdə Bakıda dron uçuşu ilə bağlı MÜZAKİRƏ

Deputat Qüdrət Həsənquliyev parlamentdəki çıxışı zamanı öncə axır çərşənbə, həmçinin qarşıdan gələn Ramazan və Novruz bayramları münasibətlə təbriklərini, xoş arzularını çatdırıb.

Musavat.com bildirir ki, deputat daha sonra martın 16-da baş verən hadisə ilə bağlı fikirlərini bölüşüb:

“Bildiyiniz kimi, gecə saat təxminən 1 radələrində Bakı şəhəri üzərində pilotsuz uçuş aparatı peyda olub. Bu, insanlarda xeyli dərəcə narahatlıq yaradıb. Çox təəssüf ki, müvafiq dövlət orqanları bu barədə heç bir açıqlama vermirlər”.

Qüdrət

Qüdrət Həsənquliyev bildirib ki, “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının qanunu var:

“Orada bildirilir ki, dövlət orqanlarının borcudur ki, belə hallarda ictimaiyyəti informasiya ilə təmin etsin. Eyni zamanda, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanunumuzda da qeyd olunur ki, dövlətin siyasəti informasiya fəzasında milli təhlükəsizliyi təmin etməkdir. Bu kimi hallarda, yəni geniş ictimai rezonans doğuran hadisələr barədə məlumat verilmədikdə, bu, çoxsaylı şayiələrin yayılmasına səbəb olur və çox təəssüf ki, bu şayiələrin böyük bir qismi də dövlət və dövlət orqanlarının gözdən salınmasına yönəlir. Ona görə də hesab edirəm ki, müvafiq dövlət orqanları öz vəzifələrini layiqincə yerinə yetirməli və ictimaiyyəti vaxtında bu barədə məlumatlandırmalıdırlar ki, müxtəlif şayiələrin qarşısı alınsın”.
Deputat rəhbərliyə müraciət edib: “Xahiş edirəm ki, Milli Məclisin Aparatı mənim bu çıxışımı Müdafiə Nazirliyinə deputat sorğusu kimi qəbul etsin və göndərsin. Onlar da ictimaiyyəti bu barədə məlumatlandırsınlar”.

E.Paşasoy,
Musavat.com

Chosen
8
musavat.com

1Sources