EN

İlk ayda Azərbaycanın ticarət balansında $488 mln.-a yaxın profisit yaranıb

2026-cı ilin yanvar ayında ərzində Azərbaycanın xarici ticarət dövriyyəsi 3 092,1 milyon ABŞ dolları təşkil edib və nəticədə 487,7 milyon ABŞ dolları məbləğində müsbət ticarət saldosu formalaşıb.

Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

2025-ci ilin yanvar ayı ilə müqayisədə 2026-cı ilin yanvar ayında idxalda daha çox paya malik bəzi məhsul növləri üzrə artım qeydə alınıb. Belə ki, buğda idxalı 49,9 faiz, bitki yağları 9,0 faiz, avtobuslar 2,7 dəfə, qara metallardan borular 33,7 faiz, polietilen isə 72,5 faiz artıb.

Eyni zamanda bəzi məhsulların idxalında azalma müşahidə olunub. Belə ki, təzə meyvə idxalı 3,6 faiz, kərə yağı, digər süd yağları və pastalar 26,7 faiz, dərman vasitələri 44,5 faiz, polad prokatı 15,4 faiz, hesablama maşınları, blok və qurğuları isə 22,2 faiz azalıb.

2026-cı ilin yanvar ayında ümumi ixracın 15,0 faizini təşkil edən qeyri-neft-qaz məhsullarının ixracı 268,4 milyon ABŞ dolları olub. Bu göstərici 2025-ci ilin yanvar ayı ilə müqayisədə faktiki qiymətlərlə 9,1 faiz artsa da, real ifadədə 20,7 faiz azalıb.

Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 128 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib. Bu dövrdə ölkədən 81 ölkəyə məhsul ixrac olunub, 122 ölkədən isə idxal həyata keçirilib.

Chosen
15
banker.az

1Sources