Venesuela ABŞ-ın 51-ci ştatı ola bilər.
Publika.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp sosial media hesabında paylaşım edib.
O, Venesuelanın beysbol yarımfinalında İtaliyanı 4-2 hesabı ilə məğlub etdiyinə işarə edib.
"Son vaxtlar Venesuelada yaxşı şeylər baş verir. Görəsən bu sehr nə ilə bağlıdır? Kimsə 51-ci ştat olmaq istəyirmi?", - deyə o qeyd edib.