EN

Deputat: "Ailə institutumuz ciddi təhdidlərlə üz-üzədir"

"Bu gün dünyamız növbəti iqtisadi böhrandan danışarkən əslində ciddi mənəviyyat böhranı yaşayır. Vaxtilə belə nəzəriyyələr var idi ki, bəşəriyyət o qədər inkişaf edəcək ki, dinlərə ehtiyac qalmayacaq. 

Əslində isə gözlənilən o idi ki, bəşəriyyət bu qədər inkişafla mənəvi kamilliyə də nail olmalı idi. Ancaq təəssüf ki, belə olmadı, bəşəriyyət mənəvi çöküş yaşadı. 

İllər öncə dünyamız qloballaşmadan daha çox bəhs edirdi. Bu da reallıqdır ki, artıq qloballaşma dünyamızını həyat tərzinə çevrilib. Bu gün ölkəmiz ciddi çağırışlarla üz-üzədir".
Ölkə.az xəbər verir ki, bunu deputat Ceyhun Məmmədov parlamentin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deyib. 

O bildirib ki, əslində bu gün dünyada gedən müharibələr beyinlərin və düşüncələrin müharibəsidir: "Qarabağda əldə etdiyimiz zəfəri həzm etməyənlər bizi indi mənəvi baxımdan çökdürməyə çalışırlar. 

Bu gün heç zaman olmadığı qədər milli-mənəvi dəyərlərimiz, ailə institutumuz ciddi təhdidlərlə üz-üzədir. Burada sosial medianın da rolu böyükdür və məsələnin ən çətin tərəfi də sosial medianın ənənəvi medianı üstələməsi və proseslərin tənzimlənməsinin çətinləşməsidir. 
Bu baxımdan son vaxtlar qanunvericilikdə milli-mənəvi dəyərlərə yönəlmiş təhdidlərin qarşısının alınması üçün dəyişikliklər edilməsi çox təqdirəlayiqdir. 

Ancaq boşanmaların sayının sürətlə artması, əhalinin sayında azalmanın baş verməsi, mənəvi tənəzzül bizdən daha çevik qərarların qəbul edilməsini və addımların atılmasını zəruri edir.    
Bu mənada düşünürəm qeyd olunan proseslər, bütün sahələrdə baş verən sürəti dəyişikliklər preventiv tədbirlərin daha da sürətləndirməsini zəruri edir. Əks halda getdikcə mənfi tendensiyaların qarşısını almaq daha çətin olacaq".

Chosen
20
6
news365.az

10Sources