EN

İsrailin qırıcıları Tehranın ürəyini vurdu – Kəşfiyyat Nazirliyi və "Bəsic" qərargahları darmadağın edildi

İsrail Müdafiə Ordusu (İMO) martın 16-da İranın üç böyük şəhərinə – Tehran, Şiraz və Təbrizə qarşı genişmiqyaslı və sarsıdıcı hava hücumları həyata keçirib.

Musavat.com xəbər verir ki, ordunun mətbuat xidmətinin yaydığı rəsmi məlumata görə, builki əməliyyatların 17-ci günündə əsas hədəf rejimin daxili təhlükəsizlik və repressiya aparatlarını tamamilə iflic etmək olub. Paytaxt Tehranda Kəşfiyyat Nazirliyinin (Etelaat) və "Bəsic" korpusunun mərkəzi binaları birbaşa hədəf alınaraq dağıdılıb. Həmçinin şəhər daxilində gizlədilən ballistik raket buraxılış qurğuları, dron anbarları və hava hücumundan müdafiə sistemləri məhv edilib.

Şəhərlər üzrə əməliyyatın təfərrüatları:

Tehran: Mehrabad hava limanında Ali Rəhbərliyin istifadə etdiyi rəsmi təyyarə və SEPAH-ın nəqliyyat donanması sıradan çıxarılıb. İnqelab və Azadi meydanları yaxınlığındakı nəzarət postları bombalanıb.

Şiraz: Şəhərdəki daxili təhlükəsizlik qərargahı və iri ballistik raket anbarı vurulub. Hücumlar nəticəsində ciddi dağıntıların və tələfatın olduğu bildirilir.

Təbriz: İsrail aviasiyası şəhər üzərində tam üstünlük təmin etmək üçün Təbrizin hava hücumundan müdafiə zolağını darmadağın edib. Məlumata görə, Təbrizdə bombardman zamanı azı 2 uşaq həlak olub.

Hərbi ekspertlər qeyd edirlər ki, İsrail bu hücumlarla İranın həm hərbi logistikasını, həm də daxili asayişi qorumaq qabiliyyətini hədəfə alıb. Təkcə Tehranda fevralın sonundan bəri davam edən zərbələr nəticəsində ölənlərin sayının 500-ü keçdiyi, ölkə üzrə isə ümumi itkilərin 1300-dən çox olduğu bildirilir. Hazırda bir çox bölgədə internet və elektrik kəsintiləri davam edir, rejim isə daxili iğtişaşların qarşısını almaq üçün həbs dalğasını genişləndirir.

Musavat.com

Chosen
40
musavat.com

1Sources