EN

“Şamaxı”nın müdafiəçisi: “Hər şey öz əlimizdədir” MÜSAHİBƏ

Idman.biz saytından verilən məlumata görə, ain.az xəbər verir.

“Düşünürəm ki, bu, əsasən bizdən asılıdır”.

Bunu “Şamaxı”nın müdafiəçisi Vladislav Veremeyev futbolinfo.az-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik.

– Ümumiyyətlə, “Şamaxı” inamlı çıxış edir. Bunun səbəbi nədir?

– Məncə, bunun əsas səbəbi komandadakı nizam-intizam və hər bir futbolçunun işinə böyük məsuliyyətlə yanaşmasıdır. Hamı meydanda maksimumunu verməyə çalışır və kollektiv olaraq bir-birimizi yaxşı başa düşürük. Məşqçilər heyətinin də düzgün yanaşması var və bu da komandaya müsbət təsir göstərir.

– Düzdür, komanda demək olar ki, Premyer Liqada qalmağı təmin edib, amma avrokuboklar zonasından da çox uzaq deyilsiniz. Xal fərqini aradan qaldırmaq mümkün görünür?

– Əlbəttə, biz həmişə ən yüksək yerlər uğrunda mübarizə aparmaq istəyirik. Qarşıdakı oyunlarda da maksimum nəticə qazanmağa çalışacağıq. Hər matça ciddi yanaşırıq və ən yaxşı nəticələri göstərmək üçün əlimizdən gələni edəcəyik. Futbolda hər şey mümkündür, ona görə də sona qədər mübarizəni davam etdirmək niyyətindəyik.

– Düşünürsünüz ki, komanda iddasını daha da artıra bilər?

– Düşünürəm ki, bu, əsasən bizdən asılıdır. Əgər hər oyuna eyni məsuliyyət və konsentrasiya ilə yanaşsaq, komandamız daha yaxşı nəticələr əldə edə bilər. Əsas məsələ birlikdə çalışmaq və öz gücümüzə inanmaqdır.

– Qarşıda “Araz-Naxçıvan”la oyun var. Rəqibiniz yaxşı günlər yaşamır. Növbəti qələbəni qazana biləcəksiniz?

– Biz hər oyuna eyni ciddiliklə yanaşmağa çalışırıq. Rəqibin hansı vəziyyətdə olmasından asılı olmayaraq, meydanda ən yaxşı oyunumuzu göstərmək istəyirik. Qarşıdakı matçda da əsas məqsədimiz yaxşı oyun nümayiş etdirmək və mümkün olan ən yaxşı nəticəni qazanmaq olacaq.

İdman.Biz

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
2
1
icma.az

2Sources