EN

Bakıda yaşayış binasında yanğın – körpə tüstüdən zəhərləndi, vəziyyəti ağırdır

Xətai rayonu, Xocalı prospekti 29-da yerləşən çoxmərtəbəli yaşayış binalarından birində yanğın başlayıb.

NOCOMMENT.az-ın məlumatına görə, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları cəlb olunub.

***

Hadisə ilə bağlı FHN-dən bildirilib ki, Bakı şəhəri, Xətai rayonu, Xocalı prospektində yerləşən yaşayış binasında yanğın baş verib.

Əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb edilib.

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

***

Bakı şəhəri, Xətai rayonu, Xocalı prospektində yerləşən yaşayış binasının şaxtasında baş vermiş yanğın Fövqəladə Halar Nazirliyinin qüvvələri tərəfindən genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidmətinin məlumatında deyilir.

Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyə edilib.

Əlavə məlumat veriləcək.

***

*]:pointer-events-auto scroll-mt-[calc(var(--header-height)+min(200px,max(70px,20svh)))]" dir="auto" tabindex="-1" data-turn-id="request-WEB:08e7e44f-8a1e-49ed-889a-3f6f36eabd5a-0" data-testid="conversation-turn-2" data-scroll-anchor="true" data-turn="assistant">

Hadisə zamanı mənzildə olan körpə uşaq tüstüdən zəhərlənərək boğulma təhlükəsi ilə üzləşib. Azyaşlı dərhal xəstəxanaya çatdırılıb, hazırda vəziyyətinin ağır olduğu bildirilir. Həkimlər onun həyatını xilas etmək üçün bütün zəruri tibbi tədbirləri həyata keçirirlər.

 

Chosen
31
1
nocomment.az

2Sources