EN

ABŞ səfirlikləri terrorçuların hədəfinə çevrilə bilər

ain.az, Reyting.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ dövlət katibi Marko Rubionun müxtəlif ölkələrdə xidmət edən ABŞ diplomatlarına İranla bağlı gizli təlimat verdiyi iddia olunur.

Reyting.az xəbər verir ki, “ABC News”in məlumatına görə, daxili yazışmalara əsasən, təlimat “İran İnqilab Keşikçiləri Korpusunun (İİKK) fəaliyyəti ilə bağlı artan narahatlıqlar” başlığı altında bütün diplomatik və konsulluq nümayəndəliklərinə gizli şəkildə çatdırılıb.

Yazışmalarda ABŞ diplomatlarına mesajı xidmət etdikləri ölkələrin ən yüksək vəzifəli rəsmilərinə martın 20-nə qədər çatdırmaq tapşırılıb.

Yazışmalarda İranın və İranpərəst qrupların hücum imkanlarını azaltmaq üçün təcili addımların atılması tələb olunur və “artan hücum riski”nə qarşı kollektiv hərəkətin vacibliyi vurğulanır.

“Biz inanırıq ki, İran rejimi birtərəfli addımlardan daha çox birgə hərəkətlərə cavabdehdir və birgə təzyiq rejimin davranışını dəyişdirməkdə daha təsirli olacaq”,- deyə yazışmalarda qeyd olunur.

Bundan əlavə, İİKK və “Hizbullah”ı “terror təşkilatları” kimi tanımayan ölkələrdə xidmət edən diplomatlara hökumətlərini bu istiqamətdə “sürətli hərəkətə keçməyə” təşviq etmələri tövsiyəsi də yer alıb. Belə bir addımın İrana təzyiqi artıracağını və qlobal təhlükəsizliyə təhdid yaradan fəaliyyətlərin məhdudlaşdırılmasına töhfə verəcəyi bildirilir.

Qeyd edək ki, İsrail və ABŞ fevralın 28-də İrana hərbi hücum ediblər. İran isə ABŞ bazalarının yerləşdiyi İsrail, Qətər, BƏƏ və Bəhreyn də daxil olmaqla bir neçə regional ölkədə müəyyən etdiyi hədəflərə hücumlarla cavab verib.

E. KAMAL

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
23
reyting.az

1Sources