EN

Ağdam şəhərində ilk dəfə Torpaq çərşənbəsi qeyd olunur FOTO

Apa.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

İşğaldan azad edilən Ağdam şəhərində ilk dəfə Torpaq çərşənbəsi münasibətilə bayram tədbiri və yarmarka təşkil olunub.

APA-nın bölgə müxbirinin xəbərinə görə, tədbir çərçivəsində rayon sakinləri və qonaqlar üçün müxtəlif kənd təsərrüfatı məhsulları, milli şirniyyatlar və əl işləri satışa çıxarılıb.

Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Fidan Məmmədli jurnalistlərə açıqlamasında bildirib ki, bayram yarmarkası martın 21-dək davam edəcək. Onun sözlərinə görə, yarmarkada əsasən yerli fermerlərin məhsullarına üstünlük verilib.

Eyni zamanda proqram çərçivəsində musiqili çıxışlar, xalq oyunları və Novruz ənənələrini əks etdirən səhnəciklər nümayiş olunub. Axşam saatlarında isə Novruz tonqalı qalanacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
39
3
apa.az

5Sources