"İnterfaks"ın məlumatına görə, İsveç təhlükəsizlik vəziyyətinin pisləşməsi səbəbindən Tehrandakı səfirliyinin fəaliyyətini müvəqqəti olaraq Bakıya köçürüb.
İsveç XİN rəhbəri bildirib ki, vəziyyət qeyri-müəyyən olaraq qalır və vətəndaşlara uzun müddətdir İrana səfər etməmək tövsiyə olunur.
Bu qərar sadəcə texniki addım deyil. Bu, diplomatik dildə verilmiş açıq mesajdır: Tehran artıq təhlükəsiz sayılmır.
İndi əsas sual budur: digər Qərb ölkələri də eyni yolu seçəcəkmi?
Əgər səfirliklər bir-birinin ardınca Tehrandan çıxmağa başlayarsa, bu artıq lokal hadisə yox, böyük regional riskin göstəricisi olacaq.
Və bu prosesin fonunda Bakı tədricən yeni rol qazanır: regionda təhlükəsiz diplomatik platforma. Çünki diplomatiyada ən real göstərici bəyanatlar yox, səfirliklərin harada yerləşməsidir.
Tehran boşalırsa, deməli risk realdır.
Elbəyi Həsənli. Sürix
Musavat.com