EN

Xarici vətəndaşların İrandan Azərbaycana təxliyəsi edir – FOTO

“Astara” dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə İrandan xarici vətəndaşların təxliyəsi davam edir.

Bizim.Media xəbər verir ki, saat 10-dan 12-dək 9 Çin və 6 Hindistan vətəndaşı təxliyə olunub.
 

Qeyd edək ki, bu gün saat 00:00-dan 10:00-dək 1 Azərbaycan vətəndaşı və Norveçin 3 diplomatik nümayəndəsi də sərhədi keçərək Azərbaycan ərazisinə daxil olub.


Təxliyə olunan vətəndaşlar müvafiq sənəd yoxlanışı və digər prosedurların yerinə yetirilməsindən sonra aidiyyəti qurumların nəzarəti altında sərhəd-keçid məntəqəsindən buraxılıblar.

Hazırda “Astara” dövlət sərhədindən buraxılış məntəqəsində təxliyə prosesi aidiyyəti qurumların nəzarəti altında davam etdirilir.






Bizim.Media

Chosen
5
6
bizim.media

8Sources