EN

Ötən il Azərbaycanın təkrar gəlirlər üzrə xarici əməliyyatları 2.1 milyard dollar olub

Bakı. Trend:

Təkrar gəlirlər üzrə xarici ölkələrlə aparılan əməliyyatlarınümumi həcmi 2.1 milyard dollar məbləğində qiymətləndirilib.Daxilolmalar 1.4 milyard dollar, ödənişlər isə 0.7 milyard dollartəşkil edib.

Trend bu barədəAzərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

Məlumata görə, təkrar gəlirlər üzrə ümumi daxilolmaların83.5%-ni xarici ölkələrdən fiziki şəxslərin pul baratları, 11.1%-niölkəyə gətirilən humanitar malların və digər yardımların həcmi,5.4%-ni isə digər daxilolmalar təşkil edir.

"Ölkəyə göndərilən pul baratlarının həcmi 8.7% artaraq 1.2milyard dollar, ölkədən köçürülən pul baratlarının həcmi isə 4.1%azalaraq 0.5 milyard dollar olub. Nəticədə pul baratları üzrə 0.7milyard dollar (20.8% artım) müsbət saldo yaranıb", - məlumatdaqeyd edilib.

Məqalədə:
Chosen
52
1
az.trend.az

2Sources