İstanbulda Bosfor boğazında gəmi hərəkəti təhlükəsizlik səbəbi ilə müvəqqəti olaraq dayandırılıb.
Milli.Az xəbər verir ki, boğazda gəmi hərəkəti 04:53-dən etibarən hər iki istiqamətdə bağlanıb.
Şəhərin şimal hissələrində müşahidə olunan duman səbəbindən görüş məsafəsi azalaraq dəniz nəqliyyatı üçün təhlükə yaradıb.
Bundan əlavə, City Lines şirkəti əlverişsiz hava şəraiti səbəbindən bir sıra bərə xidmətlərini ləğv etdiyini açıqlayıb. Müvəqqəti dayandırılan reyslər aşağıdakılardır:
Anadolu Kavağı - Rumeli Kavağı - Sarıyer
Sarıyer - Beykoz
Anadolu Kavağı - Üsküdar
Rumeli Kavağı - Eminönü (07:20)
Sarıyer - Eminönü (07:05)
Səlahiyyətli qurumlar hava şəraitinin yaxşılaşmasından sonra gəmi hərəkətinin və bərə xidmətlərinin bərpa olunacağını bildiriblər.
Fidan
Milli.Az