"Borussiya Dortmund"un hücumçusu Seru Quirassi karyerasını İspaniyada davam etdirə bilər.
90deqiqe.Az-ın "fichajes"ə istinadən məlumatına görə, "Barselona" qvineyalı oyunçu ilə maraqlanır. Kataloniya təmsilçisinin baş məşqçisi Hansi Flik şəxsən bu transferin reallaşmasını rəhbərlikdən xahiş edib.
Alman mütəxəssis Quirassinin bu yay klubdan ayrılmağa yaxın olan polşalı hücumçu Robert Levandovskinin yerini tuta biləcəyinə əmindir.
"Tottenhem" də Quirassi ilə maraqlanır və onun nümayəndələri artıq 30 yaşlı oyunçunu oyunda şəxsən izləyiblər.
Hücumçunun "Borussiya" ilə hazırkı müqaviləsi 2028-ci ilin yayına qədərdir. "Transfermarkt" Quirassini 40 milyon avro dəyərində qiymətləndirir. Bu mövsüm hücumçu Bundesliqada 25 oyun keçirib, 12 qol vurub və iki məhsuldar ötürmə edib.