Bakı, 17 mart, AZƏRTAC
AFFA İntizam Komitəsi 3 klubu cərimələyib.
AZƏRTAC xəbər verir ki, Misli Premyer Liqasının XVIV turunun “İmişli” – “Sabah” qarşılaşması bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna və bu hal cari mövsümdə 2-ci dəfə yaşandığına görə ev sahibi komanda 5000 manat cərimə edilib.
“Neftçi” ilə oyun “Qəbələ”nin meydançaya gec çıxması səbəbindən vaxtında başlamadığı üçün bölgə klubu 3000 manat ziyana düşüb.
Həmçinin “Neftçi” azarkeşləri tərəfindən rəqib futbolçunun ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 6-cı dəfə təkrarlandığına görə Bakı klubu 8000 manat ödəyəcək.