İranla davam edən müharibə bir neçə həftə ərzində bitə bilər.
Publika.az xəbər verir ki, bu barədə ABŞ-ın energetika naziri Kris Rayt “ABC News”a müsahibəsində bildirib.
"Düşünürəm ki, bu münaqişə mütləq yaxın bir neçə həftə ərzində bitəcək. Hətta daha tez də ola bilər”, - deyə qeyd edib.
ABŞ prezidenti Donald Tramp da dünən bir sərəncam imzalayarkən jurnalistin müharibənin bir həftə ərzində bitib-bitməyəcəyi ilə bağlı sualına "Bəlkə bu həftə bitməsə də, tezliklə bitəcək", cavabını verib.