EN

Laricanidən xəbər var

Yazını böyüt
Yazını kiçilt

İsrail ordusu Tehrana hava zərbəsi endirərək İranın yüksək vəzifəli rəsmilərindən birini - Əli Laricanini hədəf alıb.

Hafta.az xəbər verir ki, bu barədə İsrail mənbələri məlumat yayıb. Məlumata əsasən, hücumun əsas məqsədi İranın Ali Milli Təhlükəsizlik Şurası ilə əlaqəli yüksək səviyyəli fiqurlardan biri hesab edilən Laricani olub.

Lakin Israil Müdafiə Qüvvələri hələlik onun öldürülüb-öldürülmədiyini müəyyənləşdirmək üçün hücumun nəticələrinin qiymətləndirilməsini aparır.

İsrail ordusu rəsmi açıqlamasında Laricaninin hədəf alındığını təsdiqləməyib.

Hərbi qurum hücumların əsas məqsədinin raket istehsalı obyektləri və komandanlıq mərkəzləri olduğunu bildirib.

Chosen
21
hafta.az

1Sources