AFFA İntizam Komitəsinin iclası keçirilib.
Rekord.az xəbər verir ki, iclasda Misli Premyer Liqasının XXIV turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib.
“İmişli” – “Sabah” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna və bu hal cari mövsümdə 2-ci dəfə yaşandığına görə “İmişli” komandası 5000 manat cərimə edilib.
“Qəbələ” – “Neftçi” oyunu “Qəbələ” komandasının meydançaya gec çıxması səbəbindən gec başladığı üçün “Qəbələ” komandası 3000 manat cərimə edilib.
“Qəbələ” – “Neftçi” oyununda “Neftçi” komandasının azarkeşləri tərəfindən rəqib futbolçunun ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 6-cı dəfə təkrarlandığına görə “Neftçi” komandası 8000 manat cərimə edilib.