EN

İrandan Xarq adası ilə bağlı XƏBƏRDARLIQ – “Məzarlığa çevriləcək…”

İran neft anbarlarının yerləşdiyi Xarq adasını ələ keçirməyə cəhd edənləri hədələyib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə İran parlamentinin enerji komitəsinin sözçüsü Esmail Hosseini bildirib.

“Əgər düşmənlər Xarq adasına hücum etməyi planlaşdırırlarsa, bilməlidirlər ki, Hörmüz boğazında yaşananlardan daha böyük bir rüsvayçılıqla üzləşəcəklər. Ada işğalçılar üçün məzarlığa çevriləcək”, – deyə Tasnim agentliyi onun sözlərini xəbər verib.

Qeyd edək ki, “Axios” portalı mənbələrinə istinadla xəbər verib ki, Ağ Ev Xarq adasındakı İran neft infrastrukturunu ələ keçirmə imkanını nəzərdən keçirir.

Nəşr yazır ki, bu əməliyyat yerüstü hərbi müdaxilə tələb edər və ABŞ prezidenti Donald Tramp Hörmüz boğazı ABŞ-la əlaqəli neft tankerleri üçün bağlı qalacağı təqdirdə bu addımı ata bilər./Musavat.com/

Chosen
10
1
nocomment.az

2Sources