Avtomobil nömrələri ilə bağlı yenilik edildi
Azərbaycanda dövlət nömrə nişanlarında bölgə kodu ilə bağlı yenilik tətbiq olunub.Metbuat.az avtosfer.az-a istinadən xəbər verir ki, son günlər paytaxt ərazisində bir neçə avtomobilin üzərində 88-lə başlayan qeydiyyat nişanlarına rast gəlinib.
Hazırda bu nömrənin Bakı qeydiyyatında olan nəqliyyat vasitələrinə verildiyi bildirilir.