EN

Saç saqqal kəsdirmək, yemək qoxusunu içinə çəkmək və ya yeməyin dadına duzuna baxmaq orucu pozurmu? Video

ain.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Oruc sadəcə ibadət olaraq günün müəyyən vaxtlarında yemək və içməkdən çəkinmək deyil. Oruc təbiətcə səbirsiz olan insanlara səbir öyrədir. Nəfsi doymaz istəklərə qarşı tərbiyə edir və günaha aparan xüsusiyyətlərin idarə olunmasına kömək edir.

Oruc insana öz vəziyyətindən başqa başqalarının vəziyyətini xatırladır və beləliklə, onları yaxşılığa doğru yönəldir. Uca Allah oruc vasitəsilə insanlarda bu əxlaqi dəyişiklikləri istəyir. Onun bizim ac qalmağımıza ehtiyacı yoxdur. Gəlin orucu sadəcə səhərdən axşama qədər yeməkdən, içkidən və nəfsi istəklərdən çəkinmək kimi düşünməyək. Bunlar orucun əsl məqsədləri deyil.

Peyğəmbərimiz Məhəmməd (s.a.s) buyurmuşdur: “Kim yalan danışmağı və hiyləgərlik etməyi tərk etməzsə, Allah onun yeməkdən və içməkdən çəkinməsinə dəyər verməz.” (Riyad əl-Salihin 2/502) Buna görə də biz də bütün varlığımız və səmimiyyətimizlə oruc tutmağa çalışmalıyıq.

Peyğəmbərimiz (s.a.s) buyurmuşdur: “Kim Ramazan ayında oruc tutarsa, onun fəzilətinə inanar və mükafatını Allahdan umarsa, keçmiş günahları bağışlanar.” (Buxari, İman, 8.II.)

İlahiyyatçı Əkrəm Həsənov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, saç və saqqal kəsdirmək, dırnaq kəsmək orucu pozmur: “Orucu pozan əsas şeylər yemək, içmək və cinsi əlaqədir. Bədən üzərində kəsim və təmizlik oruca təsir etmir. Bu barədə alimlər arasında ixtilaf yoxdur.

Yemək qoxusunu udmaq orucu pozmur. Qoxu maddi cisim deyil. Bu barədə fiqh kitablarında açıq qeyd var. Hətta yemək bişirəndə oruclu zamanı yeməyin dadına və duzuna azacıq baxmaq belə orucu pozmur”.

İlahiyyatçı hamilə qadınların oruç tutması barədə danışıb: “Hamilə qadına gəlincə, əgər oruc özünə və ya körpəyə zərər verərsə, tutmaması caizdir. Bu, mərhəmət prinsipidir. Sonradan qəza və ya bəzi hallarda fidyə ilə əvəz olunur. Burada tibbi rəy əsasdır”.

İradə Cəlil, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
50
bizimyol.info

1Sources