EN

Bakıda 7 marşrut xəttində avtobuslar tam elektrikləşdirildi

Paytaxtın Xəzər rayonunun Buzovna qəsəbəsində "Albalılıq elektrik avtobus deposu"nun istifadəyə verilməsi ilə 2025-ci ildə Azərbaycanda istehsal edilən 167 ədəd BYD markalı tam elektrik mühərrikli avtobusa xidmət göstərilir.

Publika.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Bildirilib ki, yeni avtobuslar Mərdəkan, Şüvəlan, Bilgəh, Buzovna, Qala, Maştağa və Nardaran qəsəbələrini "Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzi (NMM) ilə əlaqələndirir. Bu yanaşma avtobusların depodan xidmət edəcəyi əraziyə kimi daha tez çatmasına və sürətli enerji doldurulmasına şərait yaradır.

"Artıq yeddi marşrut xətti üzrə (140, 150, 172, 189, 140E, 141E və M8) istifadə olunan avtobusların hamısı yenilənərək tam elektrikləşdirilib.

Qeyd edək ki, sözügedən marşrut xətləri üzrə daha əvvəl istifadə olunan BMC markalı ekoloji təmiz avtobuslar isə "BakuBus" MMC tərəfindən paytaxtın digər ərazilərində fəaliyyət göstərən mövcud marşrut xətlərinin gücləndirilməsinə cəlb olunub.

Chosen
34
20
publika.az

10Sources