EN

Yanvar-fevral aylarında Azərbaycandan ixrac olunan təbii qazın ümumi dəyəri məlum olub

Bakı. Trend:

Bu ilin yanvar-fevral aylarında Azərbaycan 1,285 milyard ABŞdolları dəyərində 4,381 milyard kubmetr (qaz halında) təbii qazıixrac edib.

Trend bu barədəDövlət Gömrük Komitəsinə istinadən məlumat verir.

Məlumata görə, keçən ilin eyni dövrü ilə müqayisədə bu göstəricidəyər ifadəsində 265 milyon ABŞ dolları və ya 17,1% azalıb, həcmifadəsində isə 194 milyon kubmetr və ya 4,6% artıb.

Qeyd edək ki, bu ilin yanvar-fevral aylarında Azərbaycan xariciölkələrlə ticarət əməliyyatlarını 6,264 milyard ABŞ dollarıməbləğində həyata keçirib. Bu göstərici keçən ilin eyni dövrü iləmüqayisədə 2,64 milyard dollar və ya 29,6% azdır.

Xarici ticarətin ümumi həcmindən 3,665 milyard dolları ixrac,2,599 milyard dolları isə idxal təşkil edib. Son bir il ərzindəixrac 1,102 milyard dollar və ya 23% azalıb, idxal isə 1,539milyard dollar və ya 37,2% azalıb.

Nəticədə, xarici ticarət 933,6 milyon dollar müsbət saldo iləyekunlaşıb ki, bu da ötən illə müqayisədə 52,4 milyon dollar və ya5,3% azdır.

Məqalədə:
Chosen
44
2
az.trend.az

3Sources