EN

Kallas: Aİ Rusiya ilə enerji sazişləri bağlamaq niyyətində deyil

Avropa İttifaqı Rusiya ilə enerji resursları üzrə sazişlər bağlamağı planlaşdırmır. Bu barədə Aİ diplomatiyasının rəhbəri Kaya Kallas bildirib. Onun sözlərinə görə, bu mövzu hətta qapalı müzakirələrdə belə gündəmdə deyil.

“İki sahil” xəbər verir ki,  Kallas Reuters agentliyinə müsahibəsində qeyd edib ki, Rusiya ilə istənilən dialoqdan əvvəl əsas məsələ danışıqların mövzusunun müəyyənləşdirilməsidir.

“Əgər biz sadəcə adi biznesə qayıtsaq, daha çox müharibə ilə üzləşəcəyik. Biz bunu əvvəllər görmüşük. Buna görə də çox diqqətli olmalı və Rusiyaya istədiyini verməməliyik, çünki onun istəkləri yalnız artacaq”, - deyə o, vurğulayıb.

Yanvarın sonunda Aİ Şurası 2027-ci ildən etibarən Rusiyadan mayeləşdirilmiş təbii qazın (LNG) idxalına tam qadağa qoyulmasını nəzərdə tutan planı razılaşdırıb. Qərara əsasən, 30 sentyabr 2027-ci ildən etibarən üzv ölkələrə bu yanacağın tədarükü dayandırılacaq. Təşəbbüsə Slovakiya və Macarıstan qarşı çıxıb.

Chosen
39
ikisahil.az

1Sources