EN

Bakcell Rəqəmsal Sənəd Dövriyyəsi (RSD) sisteminə qoşulub

Bakı. Trend:

İnnovasiya lideri Bakcell Elektron Hökumət İnformasiyaSisteminin Rəqəmsal Sənəd Dövriyyəsi (RSD) altsisteminə qoşularaqqurumlararası sənəd mübadiləsini tam rəqəmsal müstəviyəkeçirib.

Bakcell sistem vasitəsilə kağız əsaslı sənəd dövriyyəsiniminimuma endirərək, sənədlərin daha sürətli, şəffaf və təhlükəsizşəkildə idarə olunmasını təmin edəcək. RSD-yə inteqrasiyaproseslərin daha da optimallaşdırılmasına, əməliyyatsəmərəliliyinin artırılmasına və məlumat təhlükəsizliyiningücləndirilməsinə xidmət edir.

Bu addım Bakcell-in rəqəmsal transformasiya strategiyasınıntərkib hissəsidir və şirkətin dayanıqlı inkişaf prinsiplərinəsadiqliyini bir daha təsdiqləyir

Qeyd edək ki, bu addım Bakcell-in rəqəmsal transformasiyastrategiyasının tərkib hissəsidir və şirkətin dayanıqlı inkişaf,həmçinin ətraf mühit, sosial və korporativ idarəetmə (ESG)prinsiplərinə sadiqliyini bir daha təsdiqləyir.

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi tərəfindən yaradılanRSD altsistemi inteqrasiya olunmuş tərəflərin elektron sənəddövriyyəsi sistemləri arasında real vaxt rejimində və təhlükəsizqaydada sənəd mübadiləsinin aparılması ilə bağlı inteqrasiyanın vəsənədlərin hərəkəti üzrə uçotun həyata keçirilməsini təmin edir.Təkmil sertifikatlı gücləndirilmiş elektron imzalarla isəməlumatların məxfiliyi və bütövlüyü qorunur.

Bakcell haqqında

Bakcell Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiyaşirkətidir. Hazırda şirkət üç milyondan çox müştəriniyüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təminedir. Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun ən böyükinvestorlarından biri olan Bakcell süni intellekt əsaslı innovativhəllərlə Azərbaycanın dayanıqlı inkişafına töhfə verir.

Bakcell müxtəlif ölkələrdə telekommunikasiya, enerji, yüksəktexnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən "NEQSOLHolding" beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.

Məqalədə:
Chosen
46
26
az.trend.az

10Sources