EN

ABŞ atəşkəs təklifi verdi, Müctəba Xamenei rədd etdi

İranın yeni Ali Rəhbəri Ayətullah Müctəba Xamenei ABŞ-nin atəşkəs təkliflərini rədd edib.

“Yeni Sabah” Reuters-ə istinadən xəbər verir ki, rəsmi Tehran iki vasitəçi vasitəsilə Vaşinqtondan atəşkəs təklifi alıb, lakin Xamenei bunu rədd edib.

Adını açıqlamayan rəsmi şəxsin sözlərinə görə, Ali Rəhbərin ilk xarici siyasət görüşündə ABŞ və İsraildən qisas almaq mövqeyi çox sərt və ciddi olub.

O, bütün zərbələrə baxmayaraq ABŞ-ı bataqlığa salmağı əmr edib.

Mənbə Müctəba Xameneinin görüşdə şəxsən iştirak edib-etmədiyini dəqiqləşdirməyib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp bir gün əvvəl İranla müharibənin tezliklə başa çatacağını bəyan etmişdi.

Aytac Əliyeva


Telegram kanalımız
Chosen
36
yenisabah.az

1Sources