EN

Siyavuş Novruzov Bakı səmasında PUA hücumundan danışdı

“Bu gün dünyada informasiya müharibəsi hərbi müharibəni üstələyir. İnformasiya müharibəsi elə aparılır ki, dezinformasiyalarla ölkələrdə xaos və anarxiya yaradılır”.

"Yeni Sabah" xəbər verir ki, bunu deputat Siyavuş Novruzov bildirib.

Milli Məclis üzvü qeyd edib: “Bu gün ətrafımızda baş verən hadisələr göstərir ki, informasiya müharibələri uzun gedəcək. Rusiya-Ukrayna müharibəsi başlayanda dedilər ki, 1 həftəyə bitəcək. Artıq 4 ildən artıqdır davam edir və İkinci Dünya müharibəsinin müddətini keçib.

Azərbaycan hərbi hissələrinin dron uçuşunu panikaya çevirməyə cəhd edənlərin qarşısının alınması üçün əhali ilə iş aparılmalıdır. Buna görə deputatların da üzərinə ciddi iş düşür. Həm mətbuatda, həm də görüşlərdə bu barədə fikirlər onlara çatdırılmalıdır”.


Telegram kanalımız
Chosen
59
5
yenisabah.az

8Sources