EN

Güləş üzrə U 15 Azərbaycan çempionatının qalibləri təəssüratlarını bölüşüblər VİDEO

Idman.biz portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Sərbəst və yunan-Roma güləşi üzrə U-15 Azərbaycan çempionatının qalibləri olan gənc idmançılarımız qələbə təəssüratlarını bölüşüblər.

İdman.Biz xəbər verir ki, ölkə birinciliyi Qazax Olimpiya İdman Kompleksində keçirilib.

52 kiloqram çəki dərəcəsində ölkə çempionu Rəsul Əhmədli onun qələbəsində pay sahibi olan məşqçilər heyətinə və valideynlərinə minnətdarlığını bildirib. Rəsul ölkə çempionatındakı qələbənin davamını Avropada da təkrar etmək niyyətində olduğunu bildirib.

Digər çempion Sadiq Vəlizadə (57 kq) isə məşqlərdə çəkdiyi əziyyətin sonda qələbə ilə nəticələnməsindən məmnun olduğunu söyləyib.

Öz çəki dərəcəsində birinci olan digər idmançılar - Pünhan Şahmarov (48 kq) və Raul Məmmədzadə (62 kq) də qazandıqları nəticələrə görə məşqçilər heyətinə minnətdarlıqlarını bildiriblər.

İdman.Biz

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
24
1
icma.az

2Sources