EN

Azərbaycan və Koreya arasında müxtəlif əməkdaşlıq perspektivləri müzakirə edilib (FOTO)

Bakı. Trend:

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun BayramovKoreya Respublikasının xarici işlər nazirinin xüsusi nümayəndəsiBeyk Cuhyonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Bu barədə Trend-ə Xarici İşlər Nazirliyindən məlumatverilib.

Bildirilib ki, görüş zamanı, Azərbaycan ilə Koreya Respublikasıarasında siyasi, iqtisadi, ticarət, təhsil, yüksək texnologiyalarvə digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri müzakirəolunub. Tərəflər ikitərəfli münasibətlərin genişləndirilməsi,qarşılıqlı səfərlərin intensivləşdirilməsinin əhəmiyyətinivurğulayıblar. Eyni zamanda, Azərbaycan Respublikası Hökuməti vəKoreya Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrəBirgə Komissiyanın, eləcə də Xarici İşlər Nazirlikləri arasındasiyasi məsləhətləşmələrin vacibliyi qeyd olunub. 2027-ci ildəölkələrimiz arasında diplomatik əlaqələrin qurulmasının 35illiyinin qeyd olunacağı məmnunluqla diqqətə çatdırılıb.

Ölkəmizin bölgədə həyata keçirdiyi genişmiqyaslı enerji vənəqliyyat layihələri, alternativ enerjinin ixracı planlarından bəhsolunub, bu və digər istiqamətlərdə Azərbaycanın Mərkəzi Asiyaölkələri ilə əməkdaşlığı, o cümlədən C6 formatı çərçivəsindəqarşılıqlı fəaliyyət məsələləri ətrafında fikir mübadiləsiaparılıb. Regionlararası əlaqələrin inkişafı, nəqliyyat vəlogistika imkanlarının genişləndirilməsi, eləcə də iqtisaditərəfdaşlığın dərinləşdirilməsinin önəmi qeyd olunub.

Ceyhun Bayramov həmçinin post-münaqişə dövründə regionda mövcudvəziyyət, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslıbərpa və yenidənqurma işləri barədə qarşı tərəfiməlumatlandırıb.

Tərəflər, eyni zamanda, regional və beynəlxalq təhlükəsizlikməsələləri, o cümlədən Yaxın Şərqdə mövcud vəziyyət ətrafında fikirmübadiləsi aparıblar. Koreya tərəfi vətəndaşlarının ölkəmizinərazisindən keçməklə İrandan təxliyəsinə göstərilən dəstəyə görədərin minnətdarlığını bildirib.

Görüş zamanı qarşılıqlı maraq doğuran digər məsələlər dəmüzakirə edilib.

Azərbaycan
Azərbaycan
Azərbaycan
Chosen
38
14
az.trend.az

10Sources