Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti qarşıdan gələn yoldaşlıq oyunları üçün “Santos”un hücumçusu Neymarın heyətdə olmamasının səbəbini izah edib.
Msport.az xəbər verir ki, Braziliya martın 26-da Fransa, aprelin 1-də isə Xorvatiya ilə qarşılaşacaq.
“Neymar 100% formadadırsa, dünya çempionatına gedə bilər. Neymarı hazırda çağırmamışam, çünki o, 100% hazır deyil; bizə ən yaxşı formada olan oyunçular lazımdır. Neymar işləməyə, oynamağa, keyfiyyətlərini və yaxşı fiziki vəziyyətini nümayiş etdirməyə davam etməlidir”, – deyə Ançelotti bildirib.
Qeyd edək ki, 34 yaşlı Neymar millidə 128 oyunda 79 qol vurub.