EN

Ölkədə təbii mineral müalicəvi içməli və balneoloji sulara dair yeni dövlət standart layihəsi hazırlanacaq

ain.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 17 mart, AZƏRTAC

Təbii mineral müalicəvi içməli və balneoloji sulara dair yeni dövlət standart layihəsinin hazırlanması müzakirə edilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutundan (AZSTAND) AZƏRTAC-a bildirilib ki, “Təbii mineral müalicəvi içməli və balneoloji su ehtiyatları” standartlaşdırma üzrə Texniki Komitənin (AZSTAND/TK 55) ilk iclası keçirilib.

İclasda qeyd edilib ki, bu standart layihəsinin hazırlanmasında məqsəd ölkə ərazisində yerləşən yeraltı su mənbələrindən götürülən müxtəlif kimyəvi tərkibə malik təbii mineral müalicəvi içməli və balneoloji suların istifadəsinin tənzimlənməsidir. Həmçinin “2026-2028-ci illər üzrə milli standartlaşdırma proqramı” çərçivəsində Texniki Komitənin fəaliyyət planının icrasına dair fikir mübadiləsi aparılıb, rəy və təkliflər dinlənilib.

Qeyd edək ki, AZSTAND/TK 55 Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin tabeliyində olan “Elmi Tədqiqat Tibbi Bərpa İnstitutu" publik hüquqi şəxsin nəzdində təsis olunub. Bu Texniki Komitənin yaradılmasında əsas məqsəd təbii mineral müalicəvi içməli və balneoloji su ehtiyatları sahəsində xidmətlərin keyfiyyətinin artırılması və beynəlxalq tələblərə uyğunlaşdırıması istiqamətində müvafiq dövlət standartlarının hazırlanmasıdır.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
4
1
azertag.az

2Sources