525.az saytına istinadən ain.az xəbər verir.
“ABŞ-ın sakitləşməsinin və İranla silahlı münaqişənin sülh yolu ilə həllinə doğru irəliləməsinin vaxtı çatıb”.
525.az xəbər verir ki, bu barədə Finlandiya prezidenti Aleksandr Stubb bildirib.
"ABŞ ordusu şübhəsiz ki, öz gücünü nümayiş etdirib. Onlar müəyyən sayda hədəfə kifayət qədər uğurlu zərbələr endiriblər, amma indi vaxtıdır: xahiş edirəm sakitləşin", o, Bloomberg TV-yə müsahibəsində deyib.
Prezidentin sözlərinə görə, münaqişə tərəfləri gərginliyin azaldılmasına və atəşkəsə səy göstərməlidirlər. Stubb əlavə edib ki, regionda dinc nizamlanma üçün çox güman ki, vasitəçilərin köməyi tələb olunacaq.
Pərvanə Sultanova
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.