EN

Bu gün yola salınan köç Ağdərə rayonuna çatdı

AĞDƏRƏ, 17 mart. TELEQRAF

Bu gün yola salınan köç Ağdərə rayonuna çatıb.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, Ağdərə rayonunun Çıldıran, Aşağı Oratağ, Heyvalı və Çapar kənd sakinləri doğma yurdlarına qovuşublar.

Ailələri Azərbaycan Respublikası Prezidentinin Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri, Xankəndi şəhərində Ağdərə və Xocalı rayonlarında Bərpa Tikinti və İdarəetmə Xidmətinin əməkdaşları qarşılayıblar.

Bu mərhələdə Ağdərə rayonunun Çıldıran kəndinə 3 ailə (13 nəfər), Aşağı Oratağ kəndinə 21 ailə (108 nəfər), Heyvalı kəndinə 7 ailə (34 nəfər), Çapar kəndinə4 ailə (17 nəfər), Həsənriz kəndinə 6 ailə (29 nəfər), Xocavənd rayonunun Xocavənd kəndinə 11 ailə (36 nəfər), həmçinin Cəbrayıl rayonunun Horovlu kəndinə 30 ailə (131 nəfər) köçürülüb.

Bununla da bugünkü köç də daxil olmaqla Ağdərə rayonu 9 yaşayış məntəqəsi ümumilikdə 828ailə olmaqla 3214nəfərin daimi qayıdışı təmin edilib.

Chosen
33
2
teleqraf.com

3Sources