İsrail ordusu tərəfindən öldürüldüyü iddia edilən İranın Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani “X” hesabında paylaşım edib.
Publika.az xəbər verir ki, Laricani paylaşımında ABŞ-ın son hücumunda həlak olan və dəfn mərasiminin bu gün keçirilməsi planlaşdırılan iranlı dənizçilərlə bağlı açıqlama verib.
“Dəfn mərasimi münasibətilə İran İslam Respublikasının Hərbi Dəniz Qüvvələrinin igid üzvlərinin xatirəsinə: Onların xatirəsi həmişə İran xalqının qəlbində yaşayacaq və bu şəhidliklər uzun illər boyunca silahlı qüvvələrin strukturu daxilində İslam Respublikasının ordusunun təməllərini daha da möhkəmləndirəcək. Uca Allahdan bu əziz şəhidlərə ən uca məqamları nəsib etməsini diləyirəm” , - deyə o qeyd edib.
به مناسبت مراسم تشییع سلحشوران نیروی دریایی ارتش جمهوری اسلامی ایران: یاد آنان همواره در قلب ملت ایران خواهد بود و این شهادتها بنیان ارتش جمهوری اسلامی را برای سالها در ساختار نیروهای مسلح استوار مینماید. ازخداوند متعال علو درجات برای این شهدای عزیز خواستارم. pic.twitter.com/dvTdhyDYbY