EN

Revanşizm, yoxsa yeni siyasi strategiya? – Köçəryan Ermənistanda elə bir şey etmək istəyir ki…

Ermənistanın ikinci prezidenti Robert Köçəryan iyunda keçiriləcək parlament seçkiləri ərəfəsində müxalifətin “Hayastan” bloku tərəfindən baş nazir postuna namizəd kimi irəli sürülüb.

“Birlikdə bacaracağıq” şüarı ilə seçkilərə qatılan blokun bu addımı müxalifətin hakimiyyət uğrunda iddiasını daha açıq şəkildə ortaya qoyur.

Köçəryanın siyasi səhnəyə dönüşü revanşizm, yoxsa yeni siyasi strategiyadır? Onun baş nazir olma ehtimalı varmı? Uzun illər hakimiyyətin mərkəzində olmuş bir fiqur kimi o, hazırkı iqtidara qarşı effektiv alternativ yarada bilərmi?

Mövzu ilə bağlı KONKRET.az-ın suallarını cavablandıran deputat Fazil Mustafa bildirib:

Şagird

“Əlbəttə, bu siyasi gedişlər gözlənilən idi. Revanşist qüvvələr müəyyən dərəcədə bu prosesə qoşulmalıydılar”.

Fazil Mustafanın sözlərinə görə, indiyədək daha güclü mövqedən belə bir uğur qazana bilmədilərsə, bundan sonra daha çətin olacaq. Çünki Qarabağ savaşının ilk məğlubiyyətindən sonrakı dövrdə bu qüvvələr məğlub oldularsa, indi də müəyyən dərəcədə cəmiyyətdə dəyərlər, anlayışlar yerinə oturduqdan, Qarabağ kartı da populyarlığını itirdikdən sonra o kartın istifadə olunması ilə hakimiyyətə gəlmək inandırıcı deyil.

Ermənistandakı daxili prosesləri biz bilmirik deyən deputat əlavə edib:

“Mən ümid edirəm ki, hər hansı bir şəkildə bu məsələdə revanş götürmək imkanları o qədər də böyük deyil”.

Məsələ ilə bağlı KONKRET.az-a açıqlama verən hərbi ekspert Tərlan Eyvazov isə deyib:

Taliblərin

“Göründüyü kimi Ermənistan müxalifətinin elə bir ciddi fiquru yoxdur. Ona görə də öz köhnə kadrlarına müraciət etmək məcburiyyətindədirlər. Digər tərəfdən, Ermənistan müxalifətinin də böyük əksəriyyəti qərbyönümlüdür. Amma onların da içərisində mövcud iqtidarda olan Paşinyanın uğurları daha çox olduğu üçün çox güman ki, ona alternativ çıxmağa tələsmirlər”.

Mütləq şəkildə Rusiyaya bağlı olan bir fiqurun irəli çıxmasını məsləhət biliblər deyən ekspert əlavə edib:

“Burada yəqin ki, son baş verən hadisələr, İran-Rusiya və Rusiyanın bu işlərdə uğurlarının artması Amerikanın bu müharibədə nisbətən uğur qazana bilməməsi rol oynayır. Çox güman ki, Rusiya bu kartdan istifadə etməklə, bacarsa, Paşinyanı kənarlaşdırmaq istəyəcək. Əgər bacarmarsa, Paşinyanı məcbur edəcək ki, onun iradəsinə, mənafeyinə uyğun olan müəyyən qərarların qəbul olunmasına çalışılsın”.

Dəniz Pənahova
KONKRET.az

Chosen
30
2
konkret.az

3Sources