EN

IDEA könüllülərinin iştirakı ilə Tovuzda və Goranboyda 2000-dən çox ağac əkilib

Bakı, 17 mart, AZƏRTAC

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Yaşıl marafon” kütləvi ağacəkmə kampaniyasının 2026-cı ilin yaz mövsümü çərçivəsində növbəti ağacəkmə aksiyaları Tovuz və Goranboy rayonlarında təşkil edilib.

AZƏRTAC xəbər verir ki, IDEA İctimai Birliyinin könüllülərinin iştirakı ilə Tovuz və Goranboy rayonlarında ümumilikdə 2000-dən çox ağac əkilib. Əkilən ağaclar arasında Arizona sərvi, cökə, palıd, göyrüş, Eldar şamı və həmişəyaşıl sərv kimi növlər yer alıb.

Qeyd edək ki, IDEA İctimai Birliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Ümumrespublika yaşıllaşdırma marafonu”nun (“Yaşıl marafon”) əsas məqsədi yaşıllıq sahələrini artırmaq, ağacəkmə ənənəsini təşviq etmək, ətraf mühitin mühafizəsinə, ölkəmizin flora biomüxtəlifliyinin zənginləşdirilməsinə və yaşıllıqların qorunması ilə bağlı maarifləndirməyə töhfə verməkdir.

“Yaşıl marafon” çərçivəsində ötən ilin payız və 2026-cı ilin yaz əkin mövsümlərini əhatə edən ağacəkmə aksiyaları zamanı ölkə üzrə ümumilikdə iki milyona yaxın ağacın əkilməsi nəzərdə tutulur.

 

Chosen
7
40
azertag.az

10Sources